ABŞ-da ermənilər səhvlərini etiraf etdi

ABŞ-da bank fırıldaqları və şəxsi məlumatların oğurluğu ilə məşğul olan ermənilərdən ibarət cinayətkar dəstənin 8 üzvü günahını boynuna alıb.

APA-nın "1in.am"a istinadən məlumatına görə, bu barədə "Glendale News Press" məlumat yayıb.

Onlardan iki nəfəri – 39 yaşlı Xaçatur Arakelyan və 32 yaşlı Adam Davudyan Qlendeyla şəhərinin sakinləridir. Onlar "Armenian Power" adı verdikləri 70 nəfərdən ibarət cinayətkar qruplaşma yaradıblar.

Günahını etiraf edən X. Arakelyan bildirib ki, Kaliforniyada "Cents Only" mağazalar şəbəkəsinə daxil olan 99 mağazada kredit kartlarını köçürən qurğu quraraq şəxsi məlumatları oğurlayıb. Bu fırıldaq nəticəsində yüzlərlə insanın hesabından 2 milyon dollardan çox vəsait çıxarılıb. Onu 2 ilədək həbs gözləyir. Dəstənin digər üzvü A.Davudyan isə marixuana saxlanılması və satışında iştirak etdiyini boynuna alıb. O, 20 ilədək həbs cəzası ala bilər.

Günahları sübuta yetirilmiş dəstənin üzvləri - kredit kartlarındakı məlumatların oğurlanmasında və bank fırıldaqlarında iştirak etmiş 35 yaşlı sakin Reymond Tarverdyanı 50 ilədək, 36 yaşlı Artur Pembecyanı isə 20 il həbsxana həyatı gözləyir.

Cinayətkar dəstənin məhkəməsi noyabr ayında başlayacaq.

AzNews.az