Misir hökuməti məhkəməyə verildi

Qətərin Əl-Cəzirə telekanalı Qahirədəki ofisinin bağlandığını, işçilərinin heç bir səbəb olmadan həbs olunduğunu və onların hücuma məruz qaldığını bildirərək Misir hökumətini məhkəməyə verməyi qərarı alıb.

Bu məlumatı telekanal rəhbərliyi yayıb.

Qeyd olunur ki, telekanal artıq beynəlxalq hüquq sahəsində böyük təcrübəyə malik olan İngiltərənin tanınmış "Carter-Ruck" hüquq şirkəti ilə razılaşıb və bundan başqa BMT-yə və beynəlxalq məhkəmələrə müraciət ediləcək.

Rəhbərlik, rəsmi Qahirənin ölkə ərazisində televiziyanın yayımlanmasına süni maneələr yaratdığını iddia edir.

Misirin devrilmiş prezidenti Məhəmməd Mursi və "Müsəlman Qardaşları" təşkilatının xeyrinə xəbər yaymaqda ittiham olunan Əl Cəzirə rəhbərliyi bəyan edib ki, kanal bu vəziyyətin davam etməsinə icazə verə bilməz.

"Jurnalistlərin azad şəkildə xəbər əldə etmə hüquqları beynəlxalq qanunlar tərəfindən qorunur" - deyən rəhbərliyin iddiasına görə, Misirin yeni rejimi bu qanunlara əməl etmir və ölkədəki azad jurnalistkanı susdurmağa çalışır: "Həmişə eşidilən səs dövlət tərəfindən nəzarətə götürülən edilən medianın səsi olur. Əl-Cəzirə vəkillərinin və əməkdaşlarının heç bir təhlükə olmadan Misirdə vəzifələrini yerinə yetirmələri üçün təlimatlandırıb".(anspress)

AzNews.az