Prezident təyyarəsinin uçuşuna qadağa qoyuldu


ABŞ Venesuela prezidenti Nikolas Maduronun təyyarəsinin bu ölkənin hava məkanından istifadəsinə qadağa qoyub. "İTAR-TASS"ın məlumatına görə, bu barədə məlumatı Venesuelanın xarici işlər naziri X. Elias verib.

Xarici siyasət idarəsinin rəhbəri bildirib ki, Çinə səfərə hazırlaşan prezident alternativ marşrutdan istifadə etməli olacaq: "Amerikanın bu qərarı üçün heç bir arqumeti yoxdur. Prezidentin təyyarəsinin hava məkanından istifadəsinə qadağa qoymaq üçün arqumetlər kifayət deyil".

Qeyd edək ki, Venesuelanın məhrum prezidenti Huqo Çavesin prezidenliyi dönəmində iki ölkə arasında gərginləşən münasibətlərini yumşaltmaq hələ də mümkün olmayıb.

Elnur
AzNews.az