Nayrobidə edilən hücumla bağlı- VİDEO

Keniyanın paytaxtı Nayrobidə iri ticarət mərkəzinə hücum zamanı lentə alınmış eksklüziv kadrlar yayılıb.


Çinin CCTV telekanalının yaydığı kadrlarda hücum başlayandan bir qədər sonra ticarət mərkəzindəki insanların piştaxtaların arasında gizlənərək, qaçmağa çalışdığı görülür.

Hücum zamanı 68 nəfərin öldüyü, 175 nəfərin də yaralandığı bildirilir. Ölənlər arasında Britaniya, Kanada, Fransa, Çin və Qana vətəndaşları da var. Hücum edənlər 10-15 nəfərdir. 1000-dən çox girovun, demək olar ki, hamısı azad edilib.

Hücuma görə məsuliyyəti "Əl-Qaidə" ilə əlaqəli "Əş-Şabab" qruplaşması öz üzərinə götürüb.

Bu, Keniyada 1998-ci ildə Nayrobidəki ABŞ səfirliyində törədilmiş partlayışlardan sonra ən qanlı hücum hesab edilir.(anspresss)



AzNews.az