Evsiz adama kömək etmək üçün 138 min dollar yığdılar

"GoFundMe" fondunun onlayn səhifəsində verilən məlumatda, içində 41 min ABŞ dolları olan çantanı polisə gətirən bostonlu evsizə 138 min dollar ianə yığıldığı bildirilir.

5 gün ərzində 5,6 min adam ianə edib.

Bazar gününə olan məlumata görə, lazım olan 250 min dollar məbləğin artıq yarısı toplanıb.

Qeyd edək ki, Boston şəhərinin evsiz sakini Qlen Ceyms ötən bazar ertəsi polisə içində 41 min dollar olan çantanı qaytardıqdan sonra yerli KİV-lərin diqqətini cəlb edib. Çantada Çin vətəndaşının pasportu da olub. Qlen Ceymsin bu hərəkəti Virciniya ştatının sakini İtan Vittinqtonu insanların evsiz olan bostonluya yardım etməsi üçün fond yaratmağa həvəsləndirib.(gun.az)

AzNews.az