Öpüşmək qadağan olundu

Vyana hakimiyyəti sərnişinlərin ictimai nəqliyyatda öpüşməsinə, telefonla hündürdən danışmasına və kəskin iyli yeməklər yeməsinə qadağa qoyub.

Qanun pozucularını 50 avro cərimə gözləyir.

"Vyanada ictimai nəqliyyat sərnişinləri özlərinə heç bir məhdudiyyət qoymurlar. Çılpaq sərnişinlər barədə daxil olan məlumatların sayı çoxalır. Cütlüklərdən biri düz vaqonun ortasında sekslə məşğul olub, digər sərnişin qatara özü ilə at mindirib", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, məhz bu şəhərdə qatarların hərəkəti gecikdiyi üçün vida öpüşləri qadağan edilmişdi.(gun.az)

AzNews.az