Nayrobi faciəsinin təfərrüatları

Keniyanın paytaxtı Nayrobidə ticarət mərkəzinə hücumun yeni təfərrüatları üzə çıxıb. Musavat.com-un Associated Press-ə istinadən verdiyi məlumata görə, Somalinin "Əş-Şəbab" qruplaşması silahlılarının ticarət mərkəzinə hücumunda əsas hədəf əcnəbilər olublar. Bunu qruplaşmadakı mənbə etiraf edib.

Qruplaşmadan bildirilib ki, silahlılar girovlar arasında dərindən seçim aparıblar ki, müsəlmanlara ziyan vurmasınlar.

AzNews.az