Tikintidə həyəcanlı anlar- Foto

Çinin Sinhay vilayətindəki Sinin şəhərində tikilən binalardan birinin inşaat meydançasında qorxulu anlar yaşanıb.

Tikilməkdə olan binanın 8-ci mərtəbəsindəki eyvanlardan birinə plastik pəncərəni bərkitmək istəyən fəhlələrdən biri qəflətən aşağı yuvarlanıb.

Pəncərə keyfiyyətsiz olduğundan alüminium profillərdən biri əyilib və biçarə fəhlə 8-ci mərtəbədə keyfiyyətsiz pəncərə çərçivəsindən asılı vəziyyətdə qalıb.

Hadisə yerinə çağırılmış xilasedicidər zavallını ölümün ağuşundan alıblar.(milli.az)

AzNews.az