Almaniyada pivə festivalı- Foto

Almaniyanın böyük şəhərlərindən olan Münhendə ənənəvi pivə festivalı - "Oktoberfest" – başlayıb.


Münhenin meri Kristian Ude ucadan "O’zapft is!" (Ağzı açıldı) deyərək pivə çəlləyinin ağzını açıb.

Məhz bu mərasimdən sonra hər il dünyada iri pivə festivallarından olan "Oktoberfest"ə start verilir.

Bavariyanın paytaxtında keçirilən builki festival artıq 180-cidir.

Həmişə olduğu kimi, 16 gün ərzində Bavariya paytaxtında xüsusi "Oktoberfest" pivəsi su yerinə axacaq (festivala yalnız Münhenin pivə istehsalçıları buraxılır), möhkəm qızlar əllərində bir litrlik pivə qədəhləri ilə kütlə arasında asanlıqla müştəri tutacaqlar. Camaat ənənəvi olaraq karusel və digər atraksionlarda əylənəcək.

Festivalda bir litlik pivə qədəhinin qiyməti 9,40-9,85 avro arasında dəyişir.(gun.az)

AzNews.az