Həcc ziyarətinə gedən 13 zəvvar ölüb

İndoneziyanın Yava adasında qatar və mikroavtobus toqquşub, nəticədə 13 nəfər ölüb. APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, avtobusda Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedən zəvvarlar olub.

Məlumata görə, qəzaya səbəb sürücünün diqqətsizliyi olub. İnsident Cenkok yaşayış məntəqəsindəki qorunmayan dəmiryol keçidində baş verib. Avtobusda 4-ü uşaq olmaqla 19 sərnişin olub.

AzNews.az