Netaniyahu Ruhani ilə görüşməyə hazır olduğunu bildirdi

İsrailin baş naziri Binyamin Netaniyahu ötən gün ABŞ radiosuna müsahibə verib.
Lent.az-ın "İRASland"-a istinadən məlumatına görə, o, İran prezidenti Həsən Ruhaniilə görüşə hazır olduğunu bildirib.

"Mən diplomatiyaya qarşı deyiləm. Əgər mənə Ruhani görüş təklif edərsə, bu imkandan çəkinmərəm. Bununla belə mən ondan birbaşa soruşuram: "Öz nüvə proqramını dayandırmağa hazırdırmı".


Xatırladaq ki, İsrail hökumətinin başçısı "BBC"-nin fars redaksiyasına açıqlamasında İranın nüvə fəaliyyətindən və yeni prezident Həsən Ruhanidən danışıb
İranda uranı zənginləşdirmə proqramının tamamilə dayandırılmasının vacibliyini bildirən Netanyahu "Siz nüvə məsələsinin həllində nəyə görə Həsən Ruhaniyə və onun bu işdəki roluna nikbin yanaşmırsız" sualını belə cavablandırıb: "İranda nüvə məsələsində qərar qəbul edən əsas şəxs ölkənin ali lider ayətullah Xamneyidir. Əminəm ki, İranın lideri nüvə silahına yiyələnmək niyyətindədir.

Üzümü Həsən Ruhaniyə tutub ona deyirəm ki, İsraillə oyun oynamayın. Biz sadəlövh deyilik. Əgər həqiqətən də nüvə enerjisindən istifadə etmək istəyirsinizsə, onda sizin uranı zənginləşdirməyə ehtiyacınız yoxdur. Biz İranın nüvə probleminin diplomatik yollarla həll olunmasının tərəfdarıyıq. Ancaq saxta yox, həqiqi bir diplomatik yolla".

AzNews.az