Baş nazirin ofisi qarşısında təkər yandırıldı

Belçika paytaxtı Brüsseldə yanğınsöndürənlər təşkilatlarına daha çox büdcə vəsaiti ayrılması tələbi ilə etiraz aksiyaları keçirilib.

Baş nazirin ofisi qarşısında keçirilən aksiyada 70 yanğınsöndürən və 15 yanğınsöndürən maşın iştirak edib.

Hökumətdən təşkilatlarına daha çox büdcə ayrılmasını tələb edən yanğınsöndürənlər diqqəti çəkmək üçün aksiyada öz peşələrini də icra ediblər.

Yanğınsöndürənlər əvvəl baş nazir Elio Di Ruponun ofisinin olduğu prospektdə təkər yandırıblar.

Belçika Yanğınsöndürənlər Federasiyası və hökumət səlahiyyətlilərinin sabah bu mövzunu müzakirə edəcəyi bildirilir.

Rəhim Qədirov
AzNews.az