Yeni hökumətdə “köhnə” nazirlər də təmsil olunur Yeni hökumətdə “köhnə” nazirlər də təmsil olunur

Misir hökümətinin yeni tərkibi məlum oldu

Yeni hökumətdə “köhnə” nazirlər də təmsil olunur


Misirin baş naziri Hişam Kandil nəhayət ki, höküməti formalaşdıra bilib. AzNews.az "RiaNovosti" – yə istinadən məlumat verir ki, hökümətin tam heyəti ictimaiyyətə bu gün təqdim olunub. Heyət aşağıdakı kimi formalaşıb:

Misir ordusunun baş qərərgah rəisi və müdafiə naziri marşal Hüseyn Tantavi olacaq.

Xarici işlər, müdafiə sənayesi, maliyyə, sosial məsələlər, elmi araşdırmalar və tarixi abidələr nazirləri postlarını qoruya biliblər. Daxili İşlər Naziri postuna Ahməd Qamal Əddin gətirilib. O əvvəllər daxili İşlər Nazirinin birinci müavini vəzifəsini icra edirdi.

Turizm Naziri postuna Hişam Zoozua gətirilib. Yeni yaranmış İnvestisiya Nazirliyinin ilk rəhbəri isə Usama Saleh olub. Neft naziri Usama Məhəmməd, İnformasiya naziri postuna Saleh Abelmaqsud laiq bilinib, Konstusiya məsələləri və parlamentlə əlaqələr nazirliyin rəhbərliyi isə Mahmud Maqsuda tapşırılıb. Xatırladaq ki, Misirin yeni prezidenti Məhəmməd Mursi höküməti yenidən qurmaq tapşırığını baş nazir Hişam Kandilə 24 iyulda vermişdi.

Şahlar Ruhi

AzNews.az