Qəddafi ölməyib - İddia


İran mediası, Liviyanın keçmiş lideri Muammer Qəddafinin həyatda olduğunu, ölmədiyini iddia edir.

Misirdəki bir qəzetin iddiasına istinad edilən xəbərə görə, iki il əvvəl öldürülən Qəddafinin o görüntüləri saxtadır.

Xəbərə görə, Qəddafinin Liviyanın qonşularından birində gizli bir həyat sürdüyü bildirilir. İddia ilk əvvəl Misirin Əl Masri əl Yəvm qəzetində yayılıb. Qəzetin , müstəqil jurnalist Əsəd Embiya Əbu Gaylanın iddiasına görə, Liviyanı 42 il boyunca idarə edən Muammer Kaddafi hələ həyatdadır.

Livyanın köhnə liderinin milyonlarla adam tərəfindən izlənilən linç edilmə görünütülərinin də gerçək olmadığını irəli sürən Əbu Gayla, 2011-ci ildə NATO bombardmanı zamanı bir ayağını itirən Qəddafinin, Liviyaya qonşu Afrika ölkələrindən birində sağlamlığına təkrar qovuşduğunu və gizli bir həyat sürdürməyə davam etdiyini iddia edib.

İran radio və televiziyasının Fransızca yayımlanan bölməsi isə bu iddianı bütün dünyaya yayıb. Muammer Qəddafinin arvadı Safiye Qəddafi da dünən Rusiyanın səsi radiosuna verdiyi açıqlamada ərinin və oğlu Mutassımın dəfn olunduğu yerin göstərilməsini tələb edib. "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Avropa Birliyi üzvləri oğlumun və ərimin basdırıldığı yerləri açıqlasınlar.

Afrika Birliyi üzvləri də Muammer Qəddafi və yaxınlarının öldürülməsi mövzusunda bir istintaq başlatmalıdır " - Safiye Qəddafi deyib. Safiye Qəddafi həmçinin, ailələrinin bu iki şəxsə uyğun bir cənazə mərasimi keçirə bilmələri üçün oğlunun və ərinin öldürülməsi hadisəsində iştirak edənlərdən bildikləri hər şeyi açıqlamağı tələb edib.

Elman
AzNews.az