- Köhnə - Dünya
- 23 Oktyabr 2013 14:17
- 2 937
AMP lideri oğurlandı
Pakistan Awami Milli Partiyası (AMP) lideri Arbab Əbdül Zahir Kasi qaçırılıb.
AzNews.az-ın yerli mediaya istinadən verdiyi xəbərə görə, hadisə Quetta şəhərində baş verib. A. Kasi şəxsiyyəti hələlik məlum olmayan üç silahlı adam tərəfindən qaçırılıb.
AMP liderinin maşınının dayandırıldığı və daha sonra maşından çıxarılaraq qaçırıldığı qeyd edilir. Partiya rəhbərinin sürücüsünün istintaqa verdiyi məlumata görə, hadisə zamanı onun da telefonu və maşının açarı oğurlanıb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb.
Rəhim Qədirov
AzNews.az