21 metr uzunluğunda məzar tapıldı

Misirin paytaxtı Qahirənin cənub-qərbindəki Giza şəhərində qazıntılara başlanılıb.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qazıntılar Misir və Çexiya arxeoloqları tərəfindən aparılır. Qazıntılar zamanı "Cubane Əbu Sayre" adlanan sahədən e.ə 2498 və e.ə 2345-ci illər arasında Misirdə hökm sürən 5-ci Firon ailəsi dövründə yaşayan saray həkimlərindən Hbsskaf Ankhaya aid olduğu təxmin edilən məzar aşkarlanıb.

Tapılan məzarın 21 metr uzunluğunda və 14 metr enliliyində olduğu qeyd edilir.


Rəhim Qədirov
AzNews.az