Dövlət 1 dollara marixuana satacaq



Uruqvay hökuməti narkotik istifadəsini nəzarət altına almaq üçün qramı bir dollardan marixuana satacaq.


AzNews.az xəbər verir ki, Uruqvay hökuməti narkotik şəbəkələrini baltalamaq və narkotik istifadəsini nəzarət altına almaq üçün belə bir tədbirə əl atıb. Uruqvay Alt Məclisində dövlətin marixuana istehsal edib satmasına icazə verən qanun layihəsi təsdiq edilib. Bu ilin sonunda Senatda baş verəcək səs vermə sonrası Uruqvay dünya ölkələri arasında ilk lisenziyalı marixuana istehsalı və satışı həyata keçirən ölkə olacaq.

Milli Dərman Birliyinin baş katibi Julio Calzada, Marixuananın qramının eynilə qeyri-qanuni satış qiymətinə bərabər, yəni bir dollar ətrafında olacağı təxmin edilir.

Hökumət rəsmiləri isə hələlik dəqiqi bir rəqəm söyləməkdən çəkinir.
Hökumətin qanuni marixuanadan alacağı vergi də hələlik müəyyən deyil. Ancaq məhsul qramı bir dollardan satılarsa, siqaret satışlarına mənfi təsir edəcəyi ehtimal olunur. Ölkədə qanuni marixuana satışının 2014-cü ilin ikinci yarısında başlayacağı təxmin edilir.

İbrahim Kamiloğlu
AzNews.az