6 milyon insan həyatı təhlükədə- SOS

6 milyon insan həyatı təhlükədə Birləşmiş Millətlər Təşkilatı Demokratik Konqoda təxminən 6 milyon insanın təcili qida və dərmana ehtiyacı olduğunu açıqlayıb.

BMT Qida Proqramı nümayəndələrinin açıqlamasına görə, Konqonun bəzi bölgələrində ərzağın qiymətlərinin 8 faiz artması özü ilə fəlakət gətirib. Digər tərəfdən həftə sonu hökumət ilə M23 üsyançıları arasında davam edən sülh danışıqlarının dayandırılması, ölkədə vəziyyəti daha da gərginləşdirib. Qarşıdurmalardan ən çox uşaqların əziyyət çəkdiyi, Demokratik Konqonun Şimali Kivu bölgəsində hər 10 uşaqdan birinin qeyri-kafi bəslənmədən qaynaqlanan xəstəliklərə tutulduğu bildirilir.

Bərəkətli torpaqları və yeraltı zənginlikləri ilə tanınan Demokratik Konqoda təxminən 2 il əvvəl başlayan qarşıdurmada M23 təşkilatı ölkədə qeyri-sabitliyin ən böyük günahkarı kimi göstərilir. Silahlı təşkilat bölgəyə kömək çatdırlmasına da maneə törədir.

Elman
AzNews.az