Yaponiya ilə Çin arasında gərginlik

Çinə aid 4 gəminin, mübahisəli adaların olduğu Yapon sularına girdiyi barədə məlumat yayılıb.

AzNews.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yapon sahil təhlükəsizlik xidməti bu gün yerli saatla 10:00-da 4 gəminin Senkaku adaları yerləşən bölgəyə girdiyini və təxminən 2 saat sonra bölgədən ayrıldığını bildirib.

Yaponiya baş naziri Şinzo Abe dünən adalar mövzusunda adaların statusunun zorla dəyişdirilməsinin tolerantlıqla qarşılmayacağını bildirib. Qeyd edək ki, gərginlik keçən ilin sentyabrında adaların bəzilərinin müsadirə olunması qərarının alınması ilə artmışdı. Çin isə Yaponiyaya bu çıxışının adaların olduğu bölgəyə davamlı müşahidə gəmiləri göndərərək, cavab vermişdi.

Elcan Məmmədov
AzNews.az