Silsilə qətllər törədən qadına ömürlük həbs

Hindistanda ilk dəfə olaraq silsilə qətllər törədən qadın ömürlük həbsə məhkum edilib.

Karnatak ştat məhkəməsinin qərarına əsasən qadın həmçinin 5 min rupi cərimə ödəyəcək.

"Sianid" ləqəbli qadın 2007-ci ildə 50 yaşlı tanışını öldürməkdə günahlandırılaraq həbs edilib.

AzNews.az "Indianpost.ru"ya istinadən xəbər verir ki, qadın öz qurbanını sianid zəhər ilə öldürüb. Bu hadisədən sonra qadının eyni qayda ilə daha 6 qadını öldürdüyü və beləliklə Hindistan tarixinə düşdüyü bildirilir.

Elnur
AzNews.az