İki ölkə arasında narkotik tuneli aşkarlandı- Fotolar


ABŞ - Meksika sərhəddində narkotik alverçiləri tərəfindən istifadə olunan "super tunel" aşkarlanıb.


AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 10 metr dərinlikdən çəkilən tunel aşkarlandıqdan sonra 3 nəfər nəzarətə alınıb.

Meksikanın Tijuana sərhəd bölgəsindən başlayaraq, San Dieqo şəhərindəki bir deponun içində başa çatan tuneldə narkotik qaçaqmalçılığı üçün elektron relsli sistemin qurulduğu, tunelin içinin işıqlandırma və havalandırma sistemlərinin yüksək səviyyədə olduğu bildirilir.

Rəhim Qədirov
AzNews.az
image description image description image description