- Köhnə - Dünya
- 5 Noyabr 2013 18:17
- 3 812
Futbol federasiyaları birləşdi- Kiprdə
FİFA prezidenti Zepp Blatterlə UEFA prezidenti Mişel Platininin vasitəçilik etdiyi razılaşmaya əsasən, ŞKTC Futbol Federasiyası Cənubi Kipr Futbol Federasiyasının idarəetməsinə və nizamnaməsinə tabe olacaq. Cənubi Kipr Futbol Federasiyası isə FİFA və UEFA üzvü kimi qalacaq, ölkə daxili yarışların təşkilinə və idarəetməsinə məsuliyyət daşıyacaq.
Tərəflər anlaşmanın tətbiqinə dair ortaq İdarə Heyətinin qurulması barədə də razılığa gəlıblər.
AzNews.az