Suriyanın Baş naziri istefaya göndərildi


AzNews.az-ın Reuters xəbər agentliyinə istinadən yaydığı məlumata görə, Suriya Televiziyası Bəşər Əsədin Baş Nazir Riyad Hicabı vəzifəsindən azad etdiyini xəbər verib.

Xatırladaq ki, keçmiş Kənd Təsərrüfatı Naziri Riyad Hicab may ayındakı parlament seçkilərindən sonra iyun ayında Bəşər Əsəd tərəfindən nəzərdə tutulan islahatların bir hissəsi olaraq baş nazir təyin olunmuşdur.


Vasif

AzNews.az