“Kainat gözəli” 1 milyonluq çimərlik geyimində - Fotolar

Müğənni-bəstəkar Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Kainat gözəli 2013" müsabiqəsinin qalibi venesuelalı Qabriela İsler media qarşısına çıxıb.


Axşam.az-ın məlumatına görə, Qabriela geyimi ilə hər kəsi təəccübləndirib.

Belə ki, o, jurnalistlərlə görüşə üzəri qaşlarla bəzədilmiş, dəyəri 1 milyon dollar olan çimərlik geyimində gəlib. Qabriela yarışmanın birincisinə hədiyyə edilən bu libası geyinməkdən qürur duyduğunu deyib:

"Bunun içində insan özünü çox rahat hiss edir. Çox xoşbəxtəm ki, belə dəyərli libas mənə qismət oldu".

Üzəri qızıllarla işlənən çimərlik geyimində 900 dəyərli daş – rubin, zümrüd və brilyantlar yer alıb.

Xatırladaq ki, "Kainat gözəli" müsabiqəsi bir neçə gün öncə Moskvada baş tutub. Ölkəmizi yarışmada "Miss Azerbaijan 2012" gözəli Aysel Manafova təmsil etsə də, finala adlaya bilməyib.


AzNews.az
image description image description image description image description