- Köhnə - Dünya
- 26 Noyabr 2013 18:00
- 3 220
“Hizbullah” İranın Qərblə razılığa gəlməsini yüksək qiymətləndirib
APA-nın İRİB-ə istinadən məlumatına görə, sənəddə İranın Qərblə nüvə məsələsində razılığa gəlməsi yüksək qiymətləndirilib və Cenevrə razılaşması rəsmi Tehranın fəal diplomatiyasının nəticəsi kimi qələmə verilib: "Nüvə razılaşması başıucalıq və istiqlaliyyət istəyən, habelə xarici təzyiq və təhdidlər qarşısında təslim olmaq istəməyən digər ölkələr və dövlətlər üçün meyar olmalıdır. Habelə bu nailiyyət İranın müxtəlif sahələrdə elmi-texniki inkişafı və bu sahədə müstəqil olması üçün münasib fürsətdir. Rəhbərlərin hikməti, birliyi və mövqelərdə stabilliyə və xalqın müqavimətinə malik olmaq ölkələrin bütün mövcud problemlər qarşısında qələbəsinə səbəb olan bir nəticəyə gətirib çıxarır".
Bəyanatda həmçinin İranın Cenevrə müzakirələrindəki böyük qələbəsi onun regiondakı düşmənlərinin uğursuzluğu kimi qələmə verilib.
AzNews.az