Varşavada insan alverinə qarşı mübarizə konfransı


Noyabrın 26-27-də Polşanın Varşava şəhərində insan alveri qurbanlarının müəyyən edilməsi və müdafiəsinə həsr olunmuş Konfrans keçirilir.

Qurbanların müdafiəsinə yönələn və "Məhz qurbanlar daha yüksəkdir" adlı konfrans Polşanın Daxili İşlər Nazirliyi, Norveç, İslandiya və Lüksenburq hökumətləri, habelə BMqT-nin dəstəyi ilə baş tutub. Konfransda giriş sözü ilə çıxış edən Polşa Daxili İşlər nazirinin müavini Avropa İttifaqı, Avropa Şurası, ATƏT və BMqT-nin təmsilçiləri insan alveri qurbanlarının müəyyən edilməsi və daha effektli müdafiəsinin zəruriliyini vurğulayıb.

Konfransda Azərbaycan Respublikası DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təmsilçisi İlkin Qurbanov, "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev və birliyin əməkdaşı Vəsilə Əhmədova iştirak edirlər.

Aynur
AzNews.az