- Köhnə - Dünya
- 9 Dekabr 2013 21:00
- 1 532
Kiyevdə müxaliflər mühasirəyə alınır, barrikadalar sökülür

Ukrayna KİV-in yazdığına görə, Kiyev hüquq-mühafizə orqanları küçələrdə barrikada qurmuş avrointeqrasiya tərəfdarlarına qarşı hücuma keçiblər. Ukraynanın "5-ci kanal"ının verdiyi məlumata görə, xüsusi təyinatlılar, demək olar ki, hökumət binasının qarşısında toplaşan əhalini bütünlüklə oradan uzaqlaşdırmağa nail olub. Onlar həmçinin nümayişçiləri nazirlər kabinetinin binasından da uzaqlaşdıra biliblər.
Xatırladaq ki, Ukraynada hökumətin avrointeqrasiya siyasətinə qarşı kütləvi etirazlar noyabr ayının 21-dən başlayaraq davam edir. Əhali hökumət evinin və nazirlər kabinetinin binaları qarşısında barrikadalar və çadırlar qurublar.
AzNews.az