Yüksək rütbəli zabit Suriyadan qaçdı

Türkiyənin də dəstəklədiyi Azad Suriya Ordusunun yüksək rütbəli zabitlərindən olan Salim İdris Suriyadan qaçıb.

ANS PRESS-in "Wall Street Journal" qəzetinə istinadən verdiyi məlumata görə, İdrisin, radikal dindarların təzyiqi nəticəsində ölkədən qaçdığı bildirilir.

Bildirilir ki, Əl-Qaidə, Əl-Nusra Cəbhəsi və İraq Şam İslam Dövləti qruplarının yaratdığı İslamçı Cəbhə Azad Suriya Ordusunun əsas qərargahlarından birini ələ keçirdikdən sonra Suriyadan Türkiyəyə keçən Salim İdris, bazar günü özəl təyyarə ilə Qətərin paytaxtı Dohaya gedib.


AzNews.az