Molla edam edildi - VİDEO

Bangladeşdə Camaati İslami Partiyasının baş katibinin müavini Abdülkadir Molla edam edildi.
AzNews.az Pakistan mətbuatına istinadən xəbər verir ki, Banqladeş hökuməti tərəfindən müstəqillik döyüşləri zamanı işlənən cinayətlərin araşdırılması üçün 2010 -ci ildə başlanan Beynəlxalq müharibə cinayətləri Məhkəməsində mühakimə olunan Abdülkadir Molla , 344 silahsız vətəndaşın öldürülməsində və digər altı fərqli cinayətdə ittiham edilərək 5 Fevral 2013-cü ildə ömürlük həbsə məhkum edilmişdi.

Molla , ittihamları rədd etmiş və haqqında verilən ömür boyu həbs cəzasının ləğvi üçün Apelyasiya Məhkəməsinə müraciət etmişdi.

17 Sentyabrda Apelyasiya Məhkəməsi Beynəlxalq müharibə cinayətləri Məhkəməsi Mollaya verilən ömürlük həbs cəzasını edam cəzası ilə əvəzləmişdi.




Elman
AzNews.az