Şəhər meri və ailəsi hamının gözü qarşısında güllələndi

AzNews.az İTAR TASS - a istinadən xəbər verir ki, Manila aeroportunda cənubi Filippin şəhəri olan Labanqanın meri Yukolu Talump, arvadı və qohumları naməlum şəxslər tərəfindən hamının gözləri qabağında güllələnib.
Hadisə yerinə yaxın olan yaş yarımlıq uşaq da həlak olub. Əlavə 4 nəfər yaralanıb.
Şəhər meri və onu müşayiət edənlərlər hava terminallarından birindən çıxan zaman hücuma məruz qalıblar. İki nəfər naməlum şəxs motosikldə merə yaxınlaşıb, yaxın məsafədən onlara atəş açaraq müxtəlif istiqamətlərə hərəkət edərək gizlənə biliblər. Şahidlərin ifadəsinə görə quldurlar polis formasında olublar.
Yukola Talumpa və arvadı qospitala apararkən yolda keçiniblər. 6 yaralıdan ikisi - uşaq və merin qohumu bir az sonra ölüblər.
İlkin ehtimala görə qətl sifariş xarakteri daşıyır və merin siyasi baxışları ilə əlaqədardır. 2010 və 2012 - ci illərdə ona iki dəfə də belə qəsd etməyə cəhd edilib.

Azər
AzNews.az