İspaniya aborta qadağa qoyur


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 21 dekabrda gündəliyə çıxarılan və aborta qadağalar qoyulmasını özündə əks etdirən qanunu İspaniya hökuməti müdafiə edib.

Qanun layihəsinə görə ispaniyalı qadınlar əgər zorlanma faktı və ananın həyati üçün təhlükə olmazsa abort etdirə bilməzlər.
Hazırkı qanun qadınlara hamiləliyin 14 həftəliyinə qədər abort etdirməyə icazə verir. Əgər döldə hər hansı defekt müəyyən edilərsə bu müddət 22 həftəyə qədər uzadıla bilər.
Bu qanun qəbul edilərsə qanunun əleyhinə aksiyalar ola bilər.
Çox güman ki, bu qanun parlamentdə qəbul ediləcək. Çünki bu layihəni parlamentdə üstünlük təşkil edən sağ İspaniya Xalq partiyası irəli sürüb.
"Biz uşaqlarımızın taleyini təkcə anaların ixtiyarına verə bilmərik" - deyə İspaniyanın ədliyyə naziri Alberto Ruis - Qalyardaon bildirib.
Qanunun sonrakı taleyi İspaniya parlamentində müzakirə olunacaq.

Azər
AzNews.az