- Köhnə - Dünya
- 23 Dekabr 2013 10:20
- 1 965
Şaxta Baba öldü
Bu barədə RİA Novosti respublikanın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.
Belə ki, dekabrın 22-də Yakutskdakı yeməkxanalardan birində Yeni il şənliyi qeyd olunub. Agentliyin müsahiblərindən birinin sözlərinə görə, "əməkdaşlardan biri Şaxta baba rolunda çıxış etməyə razılıq verib. Şənliyin sonunda 41 yaşlı kişi dincəlmək üçün uzanıb və ölüb".
Sosial şəbəkələrdə dərc olunmuş versiyalardan birinə görə, kişinin meyiti ağzı plastırla yapışdırılmış vəziyyətdə aşkar edilib.
Onun qusmadan boğularaq öldüyü güman edilir. Lakin hüquq-mühafizə orqanlarından bu versiya hələ ki təsdiqlənməyib.(trend)