Oğrular senatoru yaraladı

Uruqvaylı senator Xorxe Saraviya silahlı oğruların hücumu zamanı xəsarət alıb. Musavat.com-un El Observador-a istinadən verdiyi məlumata görə, üç silahlı şəxs siyasətçinin evinə soxulmaq istəyib. Senator oğrulardan biri ilə əlbəyaxa olub. Nəticədə sentor başından bir neçə ciddi zərbə alıb. Bundan sonra Xorxe Saraviya tüfənginə əl atıb və cinayətkarlara atəş açıb.

Oğrular siyasətçinin evini əliboş tərk edib qaçmalı olublar.


AzNews.az