- Köhnə - Dünya
- 27 Dekabr 2013 19:49
- 3 710
Sabiq baş nazir partlayışda öldü

"Reuters" agentliyinin məlumatına görə, partlayış qurbanları arasında Livanın sabiq iqtisadiyyat naziri Məhəmməd Şəttah da var. Təhlükəsizlik qüvvələrinin verdiyi ilkin məlumatlara görə, partlayışın hədəfi məhz Məhəmməd Şəttahın hərəkət etdiyi avtomobil karvanı olub. Şəttah həmçinin müxalifətin nüfuzlu simalarından biri və sabiq baş nazir Səəd Həririnin yaxın tərəfdaşı olub.
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları və polis cəlb edilib. Partlayışın törədildiyi yerdən qalxan qara tüstü şəhərin əksər bölgələrindən görünür. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
AzNews.az