O, Əsədi tərk edən üçüncü yüksək vəzifəli şəxsdir O, Əsədi tərk edən üçüncü yüksək vəzifəli şəxsdir

Müxalifətə qoşulan vitse-prezident İordaniyada

O, Əsədi tərk edən üçüncü yüksək vəzifəli şəxsdir



Əsədin sağ əli sayılan Suriyanın vitse-prezidenti Faruk Şaraa müxalifətə qoşuldu. AzNews.az vesti.ru saytına istinadən verdiyi xəbərə görə müxalifətə qoşulan suriyalı vitse-prezident İordaniyaya qaçıb. Bu barədə məlumatı "Əl- Ərəbiyyə" telekanalı da təsdiqləyib. Verilən məlumata görə, Şara 10 gün bundan əvvəl yoxa çıxıb.

Onun ailəsi və bir neçə yüksək çinli vəzifəli şəxslərlə birlikdə ölkəni tərk etdiyi bildirilir. Azad Suriya Ordusu hərbi şurasının təmsilçisi Əl-Mikdad da vitse-prezidentin Suriya-İordaniya sərhədini keçdiyini təsdiqləyib və əlavə edib ki, " o təhlükəsiz yerdədir".

Qeyd edək ki, fakt təsdiqini taparsa bu Əsədi tərk edən 3-cü yüksək vəzifəli şəxs olacaq. Xatırladaq ki, bundan əvvəl Suriya liderini tərk edənlər arasında onun "uşaqlıq dostu" respublika qvardiyasının komandanı Manaf Tlasa da olub.
Faruk Şaraya gəldikdə, o, uzun müddət Suriya xarici işlər naziri işləyib, 2006-cı ildən isə vitse-prezident vəzifəsini icra edib.

Sadiq
AzNews.az