İki maşın minaya düşdü - 10 ölü

Bu gün İraqın şimalında törədilən terror aktları nəticəsində ən azı 10 nəfər ölüb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, içərisində dörd sərnişin olan avtomobil Səlahəddin vilayətində minaya düşüb.

Bundan qabaq Bəbil vilayətində hərbi avtomobilin minaya düşməsi nəticəsində altı hərbi qulluqçu həyatını itirib.

Rəsmi məlumatlara görə, yanvar ayında İraqda min nəfər terror aktlarının qurbanı olub.


AzNews.az