Avtobus partladı, 5 polis öldü

Pakistanda avtobus partlayıb.

Anspress-in verdiyi məlumata görə, azı 5 polis nəfəri hadisədə həlak olub, daha 10 nəfər isə yaralanıb. Hadisə Pakistanın Karaçi şəhərərindən baş verib.

İçində əsayiş keşikçilərinin olduğu avtobus polis təlim mərkəzinin yaxınlığında partlayıb. Zərərçəkənlər arasında təsadüfən yoldan keçənlər də var.

Onların hamısı xəstəxanaya çatdırılıb. Təsdiqolunmamış məlumata görə, içində 50 nəfər olan avtobus, partlayıçı yüklənmiç avtomobil ilə toqquşub.

Hadisənin təfərrüatları haqqında məlumat verilmir.

AzNews.az