- Köhnə - Dünya
- 14 Fevral 2014 20:34
- 4 760
Avtomobol partladıldı - 32 ölü, çoxlu yaralı

AzNews.az - ın rus mətbuatına istinadən verdiyi xəbərə görə Suriyanın cənubundakı Daraa əyalətində, avtomobilin məscidin yaxınlığında partladılması nəticəsində ən azı 32 nəfər ölüb.
Hadisə üsyançıların nəzarəti altında olan Yaduda kəndində baş verib.
Mənbənin verdiyi məlumata görə həlak olanların içərisində bir nəfər uşaq da var. Onlarla insanın xəsarət aldığı bildirilir.
BMT-nin məlumatına əsasən, Suriyada 2011-ci ilin martından davam edən silahlı münaqişədə 100 min adam ölüb.
Əli
AzNews.az