- Köhnə - Dünya
- 16 Fevral 2014 19:24
- 5 903
Şiə lideri siyasi həyatdan getdiyini bəyan edib

APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, o bildirib ki, bundan sonra ölkə hökumətində onun maraqlarını heç bir siyasi blok və ya məmur təmsil etməyəcək.
Müqtəda əs-Sədrin rəhbərlik etdiyi hərəkatın İraqdakı bütün nümayəndəlikləri də bağlanacaq. Təkcə sosial, tibbi və təhsil sahələri üzrə təsisatların fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.
Əs-Sədr tərəfdarlarından biri dini liderin qərarının hərəkat üzvləri üçün gözlənilməz olduğunu açıqlayıb.
Qeyd edək ki, hazırda qeyri-rəsmi "Bəsrə əmiri" adlandırılan əs-Sədrin tərəfdarları İraq parlamentində 325 yerdən 40-na sahibdir.
Diqqət çəkən məqam odur ki, şiə lideri siyasətdən getməsi haqqında parlament seçkilərinə az qalmış bəyan edib. Parlament seçkiləri bu il aprelin 30-da keçiriləcək. Əs-Sədr hazırkı baş nazir Nuri əl-Malikinin ən ciddi rəqiblərindən biri sayılırdı.
Müqtəda əs-Sədrin 2003-cü ildə yaratdığı "Mehdi Ordusu" ABŞ qoşunlarının işğalına qarşı mübarizə aparan əsas qüvvələrdən biri olub.
Şeyxin tərəfdarları 2008-ci ildə silahlı mübarizəni dayandırıb. 2011-ci ildə isə Müqtəda əs-Sədr tərəfdarlarını amerikalıların İraqı tək etməsinə mane olmamağa çağırıb.
AzNews.az