“İranla müharibəni bu gün bitirdik” - Tramp

“İranla müharibəni bu gün bitirdik”.

AzNews.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə deyib.

Tramp ABŞ-nin İranla müharibəyə son qoyduğunu, tərəflərin nüvə silahı məsələsində razılığa gəldiyini deyib.

“Eşidib-eşitmədiyinizi bilmirəm, amma bu gün İranla müharibəyə son qoyduq. Onlar heç vaxt nüvə silahına sahib olmamaq barədə razılığa gəliblər”, – Tramp bildirib.

Prezidentin sözlərinə görə, razılaşmanın əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olub.

Qeyd edək ki, Tramp daha əvvəl iki tərəfin döyüşlərin dayandırılması üçün “çox güclü anlaşma memorandumu” üzərində razılığa gəldiyini bildirmişdi. O, həmçinin sosial şəbəkə hesabında ABŞ-nin İrana qarşı planlaşdırılan bəzi zərbələri dayandırdığını yazmışdı.

Lakin İran tərəfi hələlik hər hansı razılaşmanı təsdiqləməyib.

ABŞ Prezidenti bildirib ki, saziş tam yekunlaşana qədər İran limanlarına çıxış və girişlə bağlı məhdudiyyətlər qüvvədə qalacaq.