Kiyevdə azərbaycanlı rəssam yaralanıb

Kiyevdə etiraz aksiyaları zamanı daha bir azərbaycanlı xəsarət alıb.

Ukraynada yaşayan Azərbaycan əsilli rəssam Rasim Sevdimov Maydanda olarkən yaralanıb. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun ANS PRESS-ə verdiyi məlumata görə R.Sevdimovun yanında səs qumbarası partlayıb.

Qumbaranın qəlpələri onun əlinə və ayağına dəyib. H.Cavadov hazırda rəssamın vəziyyətinin yaxşı olduğunu bildirib.


AzNews.az