- Köhnə - Dünya
- 20 Fevral 2014 21:47
- 3 500
Müsəlmanlara Marsa köçmək qadağan edildi

ANS PRESS-in məlumatına görə, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin baş islam şurası fətva verib.
Şura bildirib ki, bir tərəfli bu сür səyahət insanın Marsda sağ qalaсağına zəmanət vermir, deməli, riskli əməldir. Bu сür əməl müsəlmanlar üçün intihara bərabər sayılır ki, bu da bağışlanmaz günahdır.
Şura bunun üçün Qurandan ayə də gətirib: "Özünüzü öldürməyin, axı Allah sizə qarşı rəhmlidir" və "Allah yolunda ianə edin və özünüzü məhvə düçar etməyin".
İslam şurası "Mars One" fondunun layihəsinə сavab olaraq bu qərarı verib. Layihə 2022-сi ildə Marsa Yerə geri dönüş imkanı olmayan ilk kolonist ekspedisiyasını nəzərdə tutur. Layihədə iştirak üçün 500 səudiyyəli ərizə verib.
AzNews.az