Klıçko prezidentlik iddiasındadır

"Zərbə" Partiyasının sədri Vitali Kliçkonun prezident və Baş nazir məsələsi ilə bağlı "Batkivşina"nın lideri Arseni Yaçenyukla müzakirələrə başladığı bildirilib.

"Axar.az"ın Ukrayna mediasına istinadən məlumatına görə, Kliçkonun özünü prezident gördüyünü, Yaçenyuka isə hökumət başçısı postu təklif etdiyi məlum olub. Bildirilib ki, əgər Yaçenyuk bu təkliflə razılaşmasa, Kliçko bu postu sahibkar Pyotr Poraşenkoya təklif edəcək. Xatırladaq ki, Ukraynada prezident seçkiləri mayın 25-ə təyin olunub.



AzNews.az