Maşını insanların üzərinə sürdü: 12 yaralı

Yaponiyanın Naqoya şəhərində sakinlərdən bir nəfər şəxsi avtomobili ilə insanların üzərinə hücum edib.

ANS PRESS-in məlumatına görə, 30 yaşında olan sürücü maşını səkidə hərəkət edən insanların üzərinə sürüb. Nəticədə 12 nəfər ağır xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Polis dərhal həmin şəxsi saxlayıb və qəsdən adam öldürməyə cəhd maddəsiylə cinayət işi açılıb. Məhkum polisə ifadəsində bunu bilərəkdən etdiyini və daha çox adam öldürmək istədiyini deyib.


AzNews.az