- Köhnə - Dünya
- 24 Fevral 2014 23:00
- 5 416
“Müsəlman xalqının ən böyük düşməni Türkiyədir“

"Axar.az" türk mediasına istinadən xəbər verir ki, bu sözləri Somalidə yerləşən Əl-Qaidə terror təşkilatının liderlərindən biri Şeyx Əli Dəərə deyib. Şeyx Əlinin başçılğı altında keçən ilin iyul ayında bu ölkədə yerləşən Türkiyə səfirliyinə hücum edilmişdi və nəticədə bir türk polisi həyatını itirmişdi. Şeyx Əli NATO-nun xristian birliyi təşkilatı olduğunu və Türkiyənin də müsəlman xalqlarını əzmək üçün çəkic olaraq istifadə edildiyini deyib. Daha sonra o "Türkiyə NATO-nun bir hissəsidir və bizim hücumlarımızda əsas hədəfimiz Türkiyədir. Türklərin amerikalılardan, ingilislərdən və digərlərindən heç bir fərqi yoxdur", - deyib.
AzNews.az