Məktəbdə 43 nəfər yandırıldı - Nigeriyada

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, silahlıların Nigeriyanın şimal - şəırqindəki Yobe ştatında internat - məktəbə hücum etməsi nəticəsində 43 nəfər həlak olub. Əvvəlcə quldurlar məktəbin binasını atəşə tutublar, sonra isə binanı yandırıblar.

Təcili yardım maşınlarının korteji hökumət kollecindən meyidləri daşıyıb. İndiyə qədər 43 nəfərin cəsədi morqa təhvil verilib.

2002 - ci ildən Nigeriyada fəaliyyət göstərən "Boko Haram" terrorçu qruplaşması tez - tez belə qətllər törədir.

BMT - nin məlumatına görə 2013 - cü ilin may ayından Nigeriyada terrorçular 1.2 mindən çox insanı qətlə yetiriblər. Hansı ki, ölkədə fövqaladə vəziyyət elan edilməsi barədə AzNews.az da məlumat yaymışdı.

Əli
AzNews.az