Türk restoranında partlayış: 9 ölü

Qətərin paytaxtı Dohada "İstanbul" adlı Türk restoranın içində sənaye tipli qaz balonu partlayıb. Nəticədə 9 nəfər ölüb, xeyli sayda insan yaralanıb.


AzNews.az Doğan Xəbər Agentliyinə istinadən xəbər verir ki, partlayış Land Mark alış-veriş mərkəzinin arxasında benzin doldurma məntəqəsinin yaxınlığında yerləşən restoranda baş verib.

Ətrafdakı dükan və iş yerlərinin şüşələri qırılıb, ətrafda dayanan maşınlara böyük ziyan dəyib. Qətərin baş nazirinin da hadisə yerinə gəldiyi bildirilir.

Bu restoranda əsasən Türklə vətəndaşlarının işləməsi də yayılan xəbərlər içərisindədir.

Rəhim
AzNews.az
image description