Məşhur idmançı əvvəl oğlunu, sonra özünü öldürdü

İdman gimnastikası üzrə 9 qat Almaniya çempionu Yurgen Bryummerin cəsədi Ştutqart yaxınlığındakı körpünün altından tapılıb.


Almaniya yığmasının keçmiş üzvü, Seul Olimpiadasının iştirakçısı Yurqen 15 yaşlı əlil oğlunu öldürdükdən sonra özünü körpüdən atıb. Körpünün hündürlüyü 55 metr olub. Keçmiş idmançı maşınını da körpünün yaxınlığında saxlayıb. Hadisə yerini araşdıran polis əməkdaşları Yurqenin evinə baxış keçirərkən onun oğlunun da meyitini aşkarlayıblar. Polis evdən Bryummerin məktubunu da tapıb. Ancaq məktubda nə yazıldığı barədə məlumat verilmir.

Qeyd edək ki, Yurqen Bryummer 80-ci illərdə Almaniyanın ən yaxşı idmançılarından hesab olunub. O, 1997-ci ildə idman klinikası da açmışdı.

AzNews.az