Ukraynada Baş Qərargaha yeni rəis təyin edilib

Ukrayna prezidenti səlahiyyətlərini icra edən Ali Radanın spikeri Aleksandr Turçinov Mixail Kutsini Baş Qərargah rəisi - Hərbi Qüvvələrin baş komandanı vəzifəsinə təyin edib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, müvafiq fərman dövlət başçısının saytında dərc olunub.

Qeyd edək ki, daha əvvəl A.Turçinov Yuri İlyini Baş Qərargah rəisi - Hərbi Qüvvələrin baş komandanı vəzifəsindən azad edib.

Y.İlyin 2014-cü il fevralın 19-da V.Yanukoviç tərəfindən bu vəzifəyə təyin edilmişdi. Bundan qabaq Y.İlyinin ürək tutmasından xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.



AzNews.az