Ankarada 73 nəfər saxlanıldı

Ankarada Berk Elvanın dünyasını dəyişməsi ilə əlaqədar keçirilən aksiyalarda 73 nəfər saxlanılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ankara Valiliyi xəbər yayıb.

Bildirilir ki, nümayişlər zamanı bir çox aksiya iştirakçısı ətraf mühitə, ictimai iaşə obyeklərinə zərər verdiyi üçün saxlanılıb.

"Aksiya başa çatdıqdan sonra bir qrup nümayişçi Qızılay meydanı və bura gələn avtomobil yolunu bağlayaraq nəqliyyat vasitələrinə ciddi ziyan vurub. Polis dərhal həmin qrupa müdaxilə edib və 73 nəfər saxlanılıb", deyə açıqlamada bildirilir.

Xatırladaq ki, Berk Elvan Taksimdə "Gəzi parkı" hadisləri zamanı başına qaz balonu dəyməsiylə komaya düşmüşdü. Ötən gün dünyasını dəyişən Berk Elvanın cənazəsi on minlərlə adamın iştirakı ilə bu gün İstanbulda dəfn edilib.

AzNews.az